Saatlı rayonunda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu
30 sentyabr 2017 | 16:00
Saatlı rayonunda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peşə bayramı günü ilə əlaqədar prokurorluq işçilərini təbrik edərək onlara işlərində uğurlar arzuladı. Siraqəddin Cabbarov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, digər dövlət təsisatları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da müasir, demokratik məzmunlu qurum kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildiyini vurğuladı.
Daha sonra rayon Prokuroru Kamran Əhmədov, rayon Polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev, Dövlət Təlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Vidadi Qurbanov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətindən, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərdən danışdılar.
h