Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

12 oktyabr 2017 | 16:00
  Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi uzaqgörənliyi, müdrik rəhbərliyi, xalqın və dövlətin maraqlarına xidmət edən,  müasir dövrün tələblərinə uyğun, yeni keyfiyyət və məzmunda uğurla həyata keçirilən düşünülmüş siyasəti nəticəsində dünyada və yaşadığımız regionda  təhlükələrin, qanlı münaqişələrin, risklər və təhdidlərin, dərin maliyyə-iqtisadi, sosial-siyasi böhranların davam etməsinə baxmayaraq, Azərbaycan inamlı inkişafını davam etdirmiş, xalqımız tam təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamışdır.
  Danılmaz həqiqətdir ki, son illər Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda  görülən işlər cənab İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü, iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək cənab İlham Əliyevin böyük uzaqgörənliyinin, idarəçilik məharətinin, beynəlxalq aləmdə nüfuzlu mövqeyinin və müdrik bir rəhbər kimi onun tərəfindən  qətiyyətlə həyata keçirilən siyasi  tədbirlərin gözlənilən nəticələridir.
  Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının bütün xalqımız tərəfindən böyük  maraqla izlənilən geniş məzmunlu, proqram xarakterli nitqi, söylənilən faktlar və rəqəmlər, dəyərli tapşırıq və tövsiyələri, gələcək vəzifələrimizi müəyyənləşdirən aydın fikirləri bir daha göstərdi ki, cənab İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində ölkəmizin uzun illər üçün dinamik inkişafının, xalqımızın gələcək firavanlığının sarsılmaz təməli qoyulmuşdur.
  İclasın əvvəlində ölkə başçısı doqquz ayda ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu, iqtisadi göstəricilərimizin müsbət olduğunu qeyd edərək, qeyri-neft iqtisadiyyatının 2,5 faiz, qeyri-heft sənayesinin 3,1 faiz, kənd təsərrüfatının isə 2,8 faiz artdığını vurğulamı və bütün bu göstəricilərin aparılan uğurlu siyasətin nəticəsi olduğunu bildirmişdir.
  Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır deyən cənab Prezident xarici ticarət dövriyyəsinin 7 faiz artdığını, xarici ticarətin müsbət saldosunun 4,4 milyard dollar olduğunu qeyd edtmişdir. Valyuta ehtiyyatlarımızın, ümumiyyətlə, iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu vurğulayan cənab Prezident bildirmişdir ki, Azərbaycanın valyuta ehtiyyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyyatlarımız 4,5 milyard dollar artıb.
  2017-ci ilin doqquz ayında 10-dan çox dövlət və hökumət başçısı Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub, Azərbaycan Prezidenti isə 14 xarici ölkəyə səfər etmişdir. Ölkə başçısının bütün bu səfərləri, görüşləri, mühüm beynəlxalq tədbirlərdə iştirakı və çıxışları Azərbaycanı dünyaya nümunəvi ölkə kimi təqdim etmiş, Dağlıq Qarabağ problemini bir daha dünya ictimaiyyətinə çatdırmışdır.
Cənab İlham Əliyev xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son vaxtlar danışıqlarda heç bir irəliləyiş olmadığını, ermənistanın danışıqların bərpa edilməməsi üçün bəhanələr və axmaqcasına şərtlər qoyduğunu, lakin bu gün  heç bir şərt qoyulmadan danışıqlar prosesinin bərpa edildiyini qeyd etmişdir. Bu məsələlərə öz  münasibətini bildirən cənab İlham Əliyev yenə də qətiyyətli mövqeyini ölkə ictimaiyyətinə çatdırmışdır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir”.
  Məcburi köçkünlərin problemlərinin həmişəki kimi bu il də diqqət mərkəzində olduğunu qeyd edən dövlət başçısı bu günə kimi 250 mindən çox məcburi köçkünün evlərlə, mənzillərlə təmin edildiyini və hazırda da Bakıda, Sumqayıtda və digər bölgələrdə tikinti işlərinin geniş vüsət aldığını qeyd edərək bildirmişdir ki, bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır.
Əsas infrastruktur layihələri doqquz ayda uğurla icra edilmişdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir, meliorasiya məsələləri öz həllini tapır.
  Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir. 2017-ci ilin doqquz ayında 226 minə yaxın yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir.
Nazirlər Kabinetinin iclasında cənab Prezident bildirdi ki, bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Bu şərtlərin əsa mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyar dollar bonus ödəniləcək. Digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bakı-Tibilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Bu ilin Azərbaycan tarixində ciddi islahatlar ili kimi qalacağını qeyd edən dövlət başçısı bildirdi ki, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır, hazırda strateji yol xəritələrinin icrası və sahibkarlığın inkişafı təmin edilir. Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır-164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir. Bizim iqtisadi sahədə uğurlarımızı göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalırıdır. Azərbaycan bu il iki pillə irəliləyərək 140 ölkə arasında 37-ci yerdən 35-ci yerə qalxıb. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqində ilin sonuna üç aydan az vaxt qaldığını, bu müddət ərzində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin öz həllini tapmalı olduğunu diqqətə çatdırmışdır.
Ölkə başçısı bu il kənd təsərrüfatı ilə bağlı önəmli tədbirlər həyata keçirildiyini, müxtəlif sahələr üzrə müşavirələr keçirildiyini, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq-bütün bu məsələlərin geniş müzakirə edildiyini, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşmasının nəzərdə tutulacağını bildirmişdir.
  Bu il 8 min kənd təsərrüfatı texnikasının gətirildiyini, ilin sonuna bu rəqəmin 10 min olacağını qeyd dövlət başçısı heyvandarlığın sürətli inkişafının da prioritetlərdən biri olduğunu, bu il bu istiqamətdə çox oşlər görüldüyünü və gələn il də görüləcəyini bildirmişdir.
Bölgələrdə böyük ixraca hesablanmış logistik mərkəzlərin tikintisinə başlanıldığını bildirən cənab Prezident istixanaların da salınmasının Azərbaycanda çox geniş vüsət aldığını, hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana komplekslərinin yaradıldığını, onların bir hissəsinin istifadəyə verildiyini, böyük hissəsinin isə hələ də yaradılmaqda olduğunu, bundan əlavə, sənaye zonaları və 38 aqroparkın yaradılması prosesinin getdiyini, onlardan ikisinin artıq fəaliyyət göstərdiyini, qalan aqroparklarda isə işlər getdiyini qeyd etmişdir.
  Cənab Prezident kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı artım olduğunu diqətə çatdırmışdır. Belə ki, tərəvəz istehsalı 68 faiz, o cümlədən pomidor 60 faiz, kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan 15 dəfə, pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz, süd məhsulları 4 dəfə, meyvə və tərəvəz emalı məhsulları 50 faiz, spirtli və spirtsiz içkilər 28 faiz, o cümlədən şərab 56 faiz, alma və şaftalı 2 dəfədən çox, çay 63 faiz, şokolad 65 faiz, tütün məmulatları 45 faiz, bitki-heyvan mənşəli yağlar 19 faiz artmışdır. Sənaye məhsullarının ixracında isə qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə,  alüminium 28 faiz, plastik məmulatlar 14 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, kimya sənayesi məhsulları 25 faiz, toxuculuq məmulatları 92 faiz, elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə artmışdır.
  Cənab İlham Əliyev nitqində inşaat sektorunda canlanma getdiyini, bunun tikinti materialları sektoruna da müsbət təsir göstərdiyini qeyd edərək hazırda Bakı şəhərində 95 yaşayış binasının tikildiyini, “ASAN xidmət” mərkəzlərinin tikintisinin davam etdiyini, yaxın aylarda iki mərkəzin açılacağını, bundan əlavə turizmin inkişafına dəstək üçün yeni otellərin tikintisinin vacibliyini diqqətə çatdırdı.
Hörmətli yığıncaq iştirakçıları,
  Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Saatlı rayonu da sosial-iqtisadi baxımdan tam stabil və dinamik inkişaf yoluna çıxmış, son illər bütün sahələrdə  əsaslı dəyişiklik və yeniləşmə baş vermişdir.  Azərbaycanın hər bir bölgəsi kimi, Saatlı rayonunun da inkişafı  üçün  lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində son 9 ildə 7 dəfə  rayonumuzda olmuş, görülən işlərlə maraqlanmış,  əhali ilə  görüşlər keçirərək qaldırılan  məsələlərin həlli ilə bağlı öz tapşırıqlarını vermiş,  mühüm sosial layihələrin icrası istiqamətində Sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, əmək kollektivlərini iqtisadiyyatda, kənd təsərrüfatında, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır. 
Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il mart ayının 28-də rayonumuza növbəti səfəri zamanı pambıqçılıqla məşğul olan 22 rayonun nümayəndələri də iştirak etməklə pambıqçılığın inkişafına dair növbəti respublika müşavirəsi keçirilmişdir. Müşavirədə cənab İlham Əliyev bütün ölkə ictimaiyyəti tərəfindən böyük maraqla izlənilən nitqlər söyləmiş, kənd təsərrüfatının digər ənənəvi sahələri ilə yanaşı, pambıqçılığın da respublikanın sosial-iqtisadi inkişafında aparıcı sahə olduğunu, uzun illər tənəzzülə uğrayan pambıqçılıq sahəsinin əvvəlki şöhrətinin özünə qaytarılmasının vacibliyini bildirmiş, artıq bu sahədə əsaslı dönüşün qoyulduğunu diqqətə çatdırmaqla qarşıya böyük vəzifələr qoymuşdur.
Müşavirədə pambıqçılığın inkişafı barədə dərin nəzəri və praktiki təhlillər, elmi yanaşmalar, eyni zamanda statistik rəqəmlərlə nitq söyləyən dövlət başçısı gələcək vəzifələrlə bağlı da əhatəli məruzə etmişdir. 2016-cı ilin pambıqçılıqda dönüş ili olduğunu qeyd edən ölkə başçısı 51 min hektarda pambıq əkilməklə 90 min tona yaxın məhsul götürüldüyünü, bunun da 2015-ci ildəkindən 3 dəfə çox olduğunu diqqətə çatdırmışdır. Bu il isə orta məhsuldarlığın 20 sentner səviyyəsində olmaqla 270 min ton məhsul gözlənildiyini, bunun da özlüyündə artım olduğunu bir daha bildirmişdir. Ötən ilin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların  pambıq əkininə maraqlarını xeyli artırmışdır. 2017-ci ildə 2370 nəfər, onların da böyük əksəriyyəti iri fermer təsərrüfatı olmaqla ötən illə müqayisədə 2 dəfə çox, yəni 17220 hektar sahədə pambıq əkəcəkləri ilə bağlı müqavilələr bağlamış və 17220 hektar sahədə çiyid səpini aparılmışdır. Müqavilələrin 80 hektarı innovasiya təsərrüfatı olmaqla  5620 hektarı  «MKT-İstehsalat Kommersiya» MMC, 4500 hektarı «Şamo» MMC, 4000 hektarı «CTS-Aqro» MMC, 1200 hektarı «Saatlı Kənd Təsərrüfatı» MMC ilə bağlanmışdır. Qalan 1900 hektarda isə 186 nəfər istehsalçı tərəfindən müqaviləsiz olaraq çiyid səpini aparılmışdır. Pambıq yığımına respublika ərazisində ilk olararaq Saatlı rayonunda start verilmişdir. Bu günə kimi 13651,1 ton pambıq yığılmışdır ki, bunun 8288,6 tonu maşınla, 5362,5 tonu isə əllə yığılmışdır. Hazırda pambıq yığımı işləri davam etdirilir. Bu günə kimi pambığın becərilməsi və yığımı işlərinə ümumilikdə 12265 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. Hazırda rayonda 5 min hektar ərazidə Aqropark yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir ki, burada soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək və müxtəlif bitki növləri becəriləcəkdir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda 2017-ci ilin doqquz ayı da daxil olmaqla görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Bilirsiniz ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı,  bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq  və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir.
  Heyvandarlıq sahəsində rayonda cari ilin ilk aylarından 22 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərmiş, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirmişdir. İri buynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 8 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərmişlər. 2017-ci ilin doqquz ayı ərzində 5914 ton ət diri çəkidə, 33315 ton süd və 6807 min ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıq sahəsində artım müşahidə edilmişdir. Belə ki, hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 67587 baş, o cümlədən inək və camışların sayı 32133 baş, qoyun və keçilərin sayı 113674 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 200 baş,  qoyun və keçilərin baş sayı 638 baş artmışdır. Heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar ilk doqquz ay ərzində 1 təsərrüfat tərəfindən 15 baş damazlıq cins mal-qara "Aqrolizinq" ASC tərəfindən alınaraq rayona gətirilmişdir.
  2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 17489 hektar sahədə buğda, 2949 hektar sahədə isə arpa əkilmişdir. Bundan əlavə, 377 hektar sahədə kartof, 2015 hektar sahədə bostan, 163 hektar sahədə şəkər çuğunduru, 400 hektar sahədə pomidor, xiyar, 54 hektar sahədə baş soğan, 548 hektar sahədə qarğıdalı, 20 hektar sahədə günəbaxan, 55 hektar sahədə badımcan, 6 hektar sahədə kələm, 55 hektar sahədə bibər, 13 hektar sahədə sarımsaq əkilmişdir. 01 oktyabr 2017-ci il tarixə 17489 hektar buğda əkin sahəsindən 72918,5 ton buğda, 2949 hektar arpa sahəsindən 10222,5 ton arpa yığılmışdır.
  2017-ci ilin altı ayı ərzində kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar bir sıra işlər icra edilmişdir. Belə ki, “Aqrolizinq” ASC-nin Saatlı rayon bölməsi tərəfindən 13 ədəd MTZ-80X markalı traktor, 9 ədəd kultivasiya, 9 ədəd çiyid səpən, 4 ədəd çiləyici aqreqat, 32 ədəd traktor yedəkləri alınmışdır.
  Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2017-ci ilin doqquz ayı ərzində kollektor-drenaj şəbəkəsində mexanizmlərlə 191,21 km məsafədə 529,35 min m3 lildən təmizlənmişdir. Ümumi uzunluğu 570 km olan suvarma kanallarında 1473 min m3 mexanizmlə lildən təmizləmə işləri aparılmışdır. Bundan əlavə 94 ədəd hidrotexniki qurğu, 6 ədəd istehsalat binası, 16 ədəd hidropost və 6 nasos stansiyası cari təmir edilmişdir. Araz çayında nasos stansiyaları yaxınlığında mexanizmlə 122 min m3 məcratəmizləmə işləri yerinə yetirilmişdir.
2017-ci ilin doqquz ayı ərzində kanallarda və Araz çayı üzərində nasos stansiyaları yaxınlığında faşın hörgüsü vasitəsi ilə 328 m3 həcmində yamacbərkitmə işləri aparılmışdır.
  Məşğulluq Proqramında nəzərdə tutulan tədbirlər ardıcıl olaraq yerinə yetirilir. Rayon Məşğulluq Mərkəzində 2017-cı ilin doqquz ayı ərzində 839 nəfər qeydiyyata alınmışdır ki, onlardan 184 nəfərini qadınlar, 243 nəfərini isə gənclər təşkil edir.  Qeydə alınan vətəndaşların 145 nəfəri kadr axıcılığı, 3 nəfər hərbi xidmətdən, 90 nəfər digər səbəbdən, 601 nəfəri isə ilk dəfə iş axtarandır ki, bunların da 127 nəfərini ali və orta ixtisas məktəb məzunu, 101 nəfərini isə bir ildən artıq əmək fasiləsi olanlar təşkil edir. Qeydə alınan vətəndaşlardan 61 nəfərinə işsizlik statusu, 66 nəfərə isə işsizlik müavinəti təyin olunmuşdur. 5 sentyabr 2017-ci ildə rayonda “Əmək Yarmarkası” təşkil edilmiş, müraciət edən vətəndaşlardan 65 nəfərə müvafiq göndərişlər verilmiş, 24 nəfər isə peşə-hazırlıq kurslarına cəlb olunmuşdur. 2017-ci ilin doqquz ayı ərzində əhaliyə ticarət, nəqliyyat, rabitə və məişət xidmətlərinin göstərilməsi sahəsində yenə də xidmətin müasir təlabata uyğun qurulmasına və qiymətlərin real olmasına diqqət artırılmışdır. Statistik hesablamalara əsasən rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artaraq 147253,0 min manat olmuşdur. Eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 21821,0 min manat olmuşdur. Ümumi məhsul istehsalının həcmində sənaye üzrə 67 faiz, nəqliyyat üzrə 2,3 faiz, ticarət üzrə 11 faiz, rabitə üzrə isə 2,7 faiz artım qeydə alınmışdır. Saatlı Poçtamtı əhaliyə, idarə və təşkilatlara 20 kənd və 3 şəhər poçt şöbəsi vasitəsilə xidmət göstərmiş, abonentlərdən elektrik enerjisi, qaz, su, telefon haqlarını qəbul etmək, digər bütün növ poçt xidmətləri göstərməklə proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirmişdir. 2017-ci ilin doqquz ayı ərzində rayon mərkəzi və kənd EATS-lərində mövcud telefonların bərpası və yeni telefon xətlərinin çəkilişinə 7920 manat vəsait sərf olunmuşdur. Mövcud xətt şəbəkəsindən istifadə olunmaqla şəhər mərkəzində 149 abunəçiyə və kənd EATS-lərindən ayrı-ayrı kəndlər üzrə 212 abunəçiyə telefon çəkilişi aparılmaqla 361 abunəçiyə telefon çəkilmişdir. Mövcud kabel-kanalizasiya quyularında və hava rabitə xətlərində cari təmir işləri görülmüş, Heydər Əliyev prospektində hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunmuş, Su-20 yaşayış massivində, Fətəlikənd, Əbilkənd, Mustafabəyli kəndləri ərazisində yeni telefon xətti çəkilişləri aparılmışdır. Bundan əlavə, Günəşli kəndində 128 tutumlu yeni EATS quraşdırılıb istifadəyə verilmiş və sentyabr ayında 21 mənzilə yeni telefon xətti çəkilmişdir. Əhaliyə və təşkilatlara yüksək sürətli iinternet xidməti göstərilməsi işləri davam etdirilmiş, 441 abunəçinin internet xidmətlərindən yararlanması təmin olunmuşdur. Hazırda “Aztelekom.net” və digər provayderlər də daxil olmaqla rayon üzrə 2576 abunəçi yüksək sürətli internet xidmətindən istifadə edir. Əhaliyə və təşkilatlara yüksək sürətli internet  xidməti göstərilməsi işləri davam etdirilmişdir. Belə ki, ötən altı ay ərzində fibrooptik kabeldən istifadə etməklə Saatlı Elektrik şəbəkəsi və yenidən inşa edilmiş 110/35/10 kilovoltluq «Sarıcalar» yarımstansiyası sürətli internet xidməti ilə təmin edilmiş. Rayon İcra Hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur. Bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, ilk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir. Rayonun yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması işləri 2017-ci ilin doqquz ayı ərzində dövlət proqramına uyğun olaraq davam etdirilmişdir. Rayonun Sarıcalar kəndi ərazisində yerləşən 110/35-10 kVA elektrik yarımstansiyası yenidən inşa edilmiş, həmin yarımstansiyada 1 ədəd 20 Mva gücündə yeni transformator quraşdırılmışdır. Rayonun Mircəlal və Soltanabad kəndlərində istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yenidənqurma və əsaslı təmir işlərinə başlanılmış, 10 kV-luq 562 ədəd beton dayaq, 0,4-luq 2570 ədəd dayaq basdırılaraq istismara yararsız naqillər SİP kabel xətti ilə əvəz olunmuşdur. Məmmədabad, Bəylər, Şirinbəyli, Əbilkənd, Potubəyli, Fətəlikənd, Musalı, Məzrəli, Nərimanov və Dəlilər  kəndlərində enerji itkisinin qarşısını almaq məqsədi ilə elektrik verilişi xətlərində yararsız dayaqların və naqillərin normal vəziyyətə gətirilməsi üçün yeni dəmir-beton dayaqlar basdırılmış, naqillər yenilənmiş və bir neçə məntəqədə yeni transformatorlar quraşdırılmışdır. Rayonun qaz təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonun 44 yaşayış məntəqəsindən 32-i və Əlisoltanlı kəndində 230 evdən ibarət məcburi köçkün qəsəbəsi qazlaşdırılaraq əhalinin dayanıqlı və keyfiyyətli təbii qaza olan ehtiyacları təmin edilmişdir. 2017-ci ilin doqquz ayı ərzində isə Saatlı xidmət sahəsi ərazisində 2962 yeni abonent qeydiyyata alınaraq təbii qazla təmin edilmişdir. Ümumilikdə, 13949 abonent təbii qazla təmin olunur.
  Abonentlərin təbii qaz təminatının yaxşılaşdırılması məqsədi ilə Saatlı şəhərinin Şəhriyar, H.B.Zərdabi, M.Əzizov, Q.Qarayev, M.Əliyev, Nəsimi küçələrində qaz boru xətlərii yenilənmiş, 68 ədəd qaz tənzimləyici şkaflarda, 771 ədəd siyirtmələrdə profilaktik tədbirlər görülmüş və 4223 nöqtədə qaz sızması ləğv edilmişdir.
Saatlı şəhərinin su təchizatının yaxşılaşdırılması sahəsində işlər başa çatdırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 mart 2017-ci il tarixdə Saatlı rayonuna səfəri zamanı şəhərin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak etmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin «Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 17 mart 2017-ci il tarixli 2754 nömrəli Sərəncamı ilə əlaqədar Saatlı rayonu üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Rayonun Mollavazlı kəndində 12 bulaq tipli su qurğusunun quraşdırılması başa çatdırılmış, 54 abonent smart-kart tipli su sayğacı quraşdırılmaqla işməli su ilə təmin edilmişdir. Rayonun Gomuşçu kəndində 8, Potubəyli kəndində 8, Bəylər kəndində 9, Əlisoltanlı kəndində isə 10 bulaq tipli su qurğusunun quraşdırılması məqsədi ilə magistral su xətləri çəkilmiş, bulaqların quraşdırılması istiqamətində işlər hazırda da davam etdirilir.
Rayonda mühüm sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılaraq təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq, hərbi, dövlət quruculuğu işləri, əhalinin təhlükəsizliyi və ictimai qaydanın qorunması, qanunçuluğun möhkəmləndirilməsi və s. kimi məsələlər öndə tutulmuşdur. «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı rəhbər tutularaq bu sahədə müvafiq tədbirlərin görülməsi nəzarətə götürülmüşdür. Ümumiyyətlə, ötən illər ərzində də vacib sosial layihələrin həyata keçirilməsinə aidiyyəti dövlət qurumları ilə birgə lazımı səylər göstərilmiş və maarifləndirmə tədbirləri təşkil olunmuşdur. Hesabat meddətində 624 şagird yerlik Nəsimikənd tam orta məktəbi əsaslı təmir olunaraq istifadəyə verilmiş, 100 uşaq yerlik Nərimanov kənd körpələr evi-uşaq bağçası 1 sentyabr 2017-ci il tarixdən fəaliyyətə başlamışdır. Bundan əlavə, cari ildə “Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində rayonun Kamallı kənd tibb məntəqəsinin yeni tikintisi, “Uşaq bağçasının təmiri və yardımçı otaqların inşası” layihəsi çərçivəsində 70 uşaq yerlik Əlisoltanlı kənd körpələr evi-uşaq bağçasının əsaslı təmiri və əlavə yardımçı otaqların inşası, eyni zamanda Azərbaycan kənd investisiya layihəsinin rayonda həyata keçirdiyi sosial layihələr daxilində 65 uşaq yerlik Qara Nuru kənd körpələr evi-uşaq bağçasının yeni tikintisi işləri davam etdirilir.
  Ötən müddətdə əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması sahəsində tədbirlər mütəmadi olaraq həyata keçirilmişdir. Son illər əhalinin sağlamlığının qorunması istiqamətində ən mühüm tədbir kimi ölkə başçısının tapşırığına uyğun olaraq insanların könüllü olaraq tibbi müayinədən keçməsini qeyd etmək olar.  Saatlı rayonunda 2017-cı ilin ilk aylarından  başlanan tədbir çərçivəsində 15 may 2017-ci il tarixədək 54391 nəfər tibbi müayinədən keçmişdir ki, tibbi müayinədən keçənlərin 50108 nəfəri sağlam hesab olunmuşdur. Müayinədən keçənlərdən 4111 nəfəri ambulator, 109 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 63 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün göndərilmişdir. Əhalinin böyük izdihamla və rahatlıqla profilaktik müayinələrdən keçməsi respublikanın əksər kütləvi informasiya vasitələrində, o cümlədən yerli «Dönüş» qəzetində geniş işıqlandırılmış, ölkə başçısının bu sahədəki tapşırığı, əhalinin sağlamlığına böyük qayğısı dərin ehtiramla qarşılanmışdır.
2017-ci ildə rayon Mədəniyyət Mərkəzi 304 oturacaq yerlik olmaqla əsaslı təmir olunaraq zəruri inventarlarla təmin edilmiş, rayonun mədəniyyət müəssisələrində müxtəlif tədbirlər həyata keçirilmişdir.
  Dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin asudə vaxtlarının səmərəli və məzmunlu şəkildə təşkili, sosial-siyasi fəallıqlarının artırılması, idmanın kütləviliyinin təmin olunması məqsədilə son illər respublikada olduğu kimi rayonumuzda da lazımı şərait yaradılmış, müasir Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Şahmat məktəbi tikilmişdir. Bu həqiqətən də, rayon gənclərinin və idmançılarımızın həyatında əlamətdar hadisə olmuşdur.
Hər il olduğu kimi cari ildə də tarixi günlər, əlamətdar hadisələr, gənclərimizin, idmançılarımızın siyasi, sosial fəallıqları ilə qeyd olunmuşdur. Fəal gənclər və yeniyetmələr müxtəlif idman yarışlarına, intellektual oyunlara qoşulur, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin dərindən öyrənilməsinə həsr olunmuş tədbirlərdə iştirak edirlər.  Azərbaycan Prezidenti  cənab İlham Əliyevin yeniyetmə gənclər və şagirdlərin həyatında əlamətdar hadisə kimi yadda qalan mühüm təşəbbüslərindən və diqqət yetirdiyi məsələlərdən biri «Ölkəmizi tanıyaq» hərəkatıdır. Diqqətinizə çatdırım ki, Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Ölkəmizi tanıyaq» devizi altında yuxarı sinif şagirdlərindən 40 nəfər şagird və 5 nəfər müşayətçinin iştirakı ilə nümayəndə heyətimiz 16-19 mart 2017-ci il tarixlərdə Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarında olmuş, bu yerlərin tarixi, zəngin mədəni irsi, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumatlar əldə etmiş, ölkəmizin Qərb bölgəsi haqqında geniş bilgilərlə rayona qayıtmışlar.
   2017-ci ilin ötən dövrü ərzində ideoloji  işin  təşkili  məqsədilə  həyata keçirilən tədbirlər sırasında Heydər Əliyev Mərkəzinin  işinin  təkmilləşdirilməsi  ilə əlaqədar yaradılmış  tədqiqat qrupları tərəfindən aparılan məqsədyönlü işləri qeyd etmək lazımdır.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin təbliği ilə bağlı ictimai-siyasi və mədəni-kütləvi tədbirlər  yüksək mütəşəkkilliklə təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq tapşırığı və təsdiq olunmuş tədbirlər planı rəhbər tutularaq 20 yanvar faciəsi, Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbirləri rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin, əmək kollektivlərinin, şagird və tələbələrin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. Bundan əlavə, Novruz bayramı əsl xalq şənliyi kimi qeyd olunmuş, digər dövlət bayramları, tarixi günlər, peşə bayramları ilə əlaqədar tədbirlər keçirilmişdir. İdeya-siyasi işlə bağlı rayonda təşkil olunan, həmçinin Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində qeyd olunan bütün tədbirlər yerli  «Dönüş»  qəzetində və respublikanın müxtəlif kütləvi informasiya vasitələrində vaxtlı-vaxtında işıqlandırılır, eyni zamanda rayon ictimaiyyəti məlumatlandırılır.                                                                                
   Cari ilin ilk rübündə də ordu sıralarına çağırış və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı məsələlərin icrası  nəzarətdə saxlanılmış, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını təmin etmək məqsədilə təşkilati, ideya-siyasi işlər tələb olunan səviyyədə qurulmuşdur. Gənclər arasında "Cəsurlar","Şahin" hərbi idman oyunları, «VMH» çoxnövçülük yarışları keçirilmiş, həqiqi hərbi xidmətə gedən çağırışçılar ruh yüksəkliyi ilə  təntənəli şəkildə yola salınmışlar. Rayonun idarə, müəssisə və təşkilatları, ərazi icra nümayəndələri və digər  qurumlar tərəfindən könüllü qaydada Silahlı Qüvvələrin yardım fonduna ilin əvvəlindən 45993,01 manat vəsait köçürülmüşdür və hal-hazırda əmək kollektivləri tərəfindən orduya yardım fonduna vəsait köçürülməsi işi davam etməkdədir.
              
Keçidlər