Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda "Ölkəmizi tanıyaq" tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş tədbir keçirilmişdir.

10 noyabr 2017 | 16:00
     "Ölkəmizi tanıyaq" tur aksiyada iştirak edəcək məktəblilərin yola salınması ilə əlaqədar 10 noyabr 2017-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin akt zalında rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin, veteranlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə açıq elan edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və tapşırığına əsasən həyata keçirilən tur aksiyaların Respublikanın digər bölgələrində olduğu kimi Saatlı ictimaiyyəti, ziyalılar və məktəbliləri tərəfindən də böyük sevinc hissi ilə qarşılandığını bildirdi. Ötən dörd il ərzində 7 istiqamət - Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər olmaqla 7 tur-aksiyanın təşkil edildiyini, bu tur aksiyaslarda ümumilikdə 13648 məktəblinin iştirak etdiyini, noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakını, bununla da iştirakçıların sayının 17 minə çatmasını qeyd edərək, 11-14 noyabr tarixdə tur-aksiyada iştirak edəcək Saatlı məktəblilərinin Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər edəcəyini diqqətə çatdırdı.
     S.Cabbarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması, Dövlət başçısı və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid, əlil, qaçqın və məcburi köçkün ailələrinə, aztəminatlı ailələrə dövlət qayğısı, "Əsrin müqaviləsi" kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, yeni istifadəyə verilmiş Bakı-Tibilisi-Qars dəmir yolunun əhəmiyyəti, Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, dini xurafata meyllənməməsi, onların intellektual səviyyəsinin yüksəldilməsi, 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, "Böyük Qayıdış"ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə ətraflı məlumat verdi.
     Tədbirdə ziyalılar və valideynlər çıxış edərək məktəblilərin Şəki şəhəri, Qəbələ və Zaqatala rayonlarına səfər çərçivəsində bu yerlərin tarixi, zəngin mədəni irsi, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumatlar əldə edəcəklərini qeyd edərək ölkə miqyaslı bu tədbirin həyata keçirilməsinə göstərdiyi diqqət və qayğı üçün cənab Prezidentə dərin minnətdarlıqlarını bildirdilər.
 
 
 
Keçidlər