Saatlı rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir
06 fevral 2018 | 16:00
06 fevral 2018-ci il tarixdə saat 11:00-da Saatlı rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti başçısının Saatlı rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov, rayonun idarə, müəssisə və təşkilatları, icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, rayon ziyalıları və gənclər olmaqla 300 nəfər iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.Tədbirdə geniş hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlı rayonunda 2017-ci ildə görülən işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq iştirakçılarına məlumat verdi.