Saatlı rayonu Əbil və Cəfərxan kəndlərində səyyar qəbul-görüş keçirildi
15 fevral 2018 | 16:00
15 fevral 2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Əbil və Cəfərxan kəndlərində kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri rəhbləri və kənd sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.
Görüş zamanı kənd sakinləri kəndarası yollara çınqıl tökülməsi, Cəfərxan Diyarşünaslıq evinin əsaslı təmiri, kənddə tibb məntəqəsinin tikintisi, ərazidə istismara yararsız elektrik dayaq və naqillərinin dəyişdirilməsi, SIP kabel və SMART kart sisteminə keçilməsivə kəndin tamamilə telefonlaşdırılması ilə bağlı problemlər olduğunu və bu sahədə kənd sakinlərinə köməklik göstərilməsini xahiş etdilər. Qaldırılan məsələlərin icrası ilə əlaqədar yerində aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.