Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı ümumrayon toplantısı keçirilmişdir
28 mart 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı 28 mart 2018-cı il tarixdə saat 15:00-da Saatlı rayon Gənclər Mərkəzində ümumrayon toplantısı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşları İbrahim Mustafayev və Xəzər Qarakişiyev habelə rayonun idarə, müəssisə və təşkilatlarının, Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, pambıq qəbulu və emalı zavodlarının rəhbərləri , kəndli fermer təsərrüfatlarının rəhbərləri və iri pay torpaq sahiblərinin nümayəndələri olmaqla 200 nəfər iştirak etmişdir.