Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müşavirə keçirilmişdir

04 aprel 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda “pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndəki tapşırıqların icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 04 aprel 2018-ci il tarixdə saat 11:00-da Saatlı rayon Gənclər Mərkəzində rayon müşavirəsi keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin birinci müavini İlham Quliyev, Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov, KTN Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, habelə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, pambıq qəbulu və emalı zavodlarının direktorları, kəndli fermer təsərrüfatlarının rəhbərləri və iri pay torpaq sahibləri olmaqla 200 nəfərin  iştirak etmişdir.
 
 
Keçidlər