Şriftin ölçüsü :

Saytın rəngi :

Saf Həyat Naminə ictimai birlik tərəfindən “erkən nigah milli ailə dəyərlərimizə ziddir” mövzusunda qızlar arasında maarifləndirmə işinin təşkili adlı tədbir keçirildi

14 may 2018 | 16:00
     14 may 2018-ci il tarixində Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində  “Erkən nikah milli ailə dəyərlərimizə ziddir” mövzusunda “Saf Həyat Naminə” Gənclər İctimai Birliyinin qızlar arasında erkən nigah, fəsadları və onların qarşısının alınmasında maarifləndirici tədbirləri təşkil olundu. Tədbirdə “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin rəhbəri Nailə İsmayılova, İnsan alveri qurbanlarına Yardım mərkəzinin direktoru Nəzakət Balabəyova, Saf Həyat Naminə” Gənclər İctimai Birliyinin rəhbəri Dinara Babayeva çıxış etdilər. Tədbirdə valideyinlər, orta təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektiv və yuxarı sinif şagirdləri də daxil olmaqla ümumilikdə 70 nəfər iştirak etdi.
 
Keçidlər