Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

26 may 2018 | 16:00
      “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına uyğun olaraq  25 may 2018-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin rəsmi hissəsində dövlət himni səsləndirildi. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
     Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edildi. Daha sonra öz fəaliyyət dərnəklərinin iştirakı ilə konsert proqramı təşkil olundu.
      
Keçidlər