Qurban bayramı ilə əlaqədar Saatlı rayonunda da tədbirlər keçirilmişdir
27 oktyabr 2012 | 15:00
Bütün müsəlman dövlətlərində olduğu kimi, ölkəmizdə də miladi təqvimi ilə noyabrın 25-26-də islamın ən vacib ibadətlərindən hesab edilən Qurban bayramı qeyd olundu. Qurban kəsmək islam dininin gözəl əməllərindən, Allah-Təalaya yaxınlaşmağın vasitələrindən və Peyğəmbərimizin (s) əməllərindəndir.
Respublikamızın bütün bölgələri kimi, rayonumuzda da Qurban bayramı yüksək əhvali-ruhiyyə şəraitində keçirildi. Artıq ənənəvi olaraq, rayon rəhbərliyi tərəfindən bu il də aztəminatlı ailələr diqqətdən kənarda qalmadı, qurbanlıq heyvanlar kəsilərək həmin insanlara qurban payı paylanıldı.
Allah qurban kəsənlərimizin qurbanlarını qəbul etsin!