Çolpı kəndində səyyar qəbul keçirilib
Iyunun 21-də rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Çolpı kənd sakinləri ilə görüş keçirmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahəsi ilə əlaqədar olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon rəhbəri tədbir iştirakçılarını salamlamış, dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, aqrar sahədə, o cümlədən pambıqçılıqda qazanılmış uğurlardan danışmışdır. Eyni zamanda vurğulamışdır ki, pambıqçılıq təsərrüfatına xüsusi diqqət verilməlidir.
Kənd sakinlərindən Feyzullayev Eldar, Əliyev Pənah, Feyzullayev Sabir və başqaları çıxış edərək yaşadıqları kəndlərdə infrastruktur sisteminin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.