Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda pambıq məhsulu yığımına başlanılması ilə bağlı ümumrayon toplantısı keçirildi

29 avqust 2018 | 16:00

29 avqust 2018-ci il tarixdə Saatlı rayonunda pambıq məhsulu yığımının başlanılması ilə əlaqədar ümumrayon toplantısı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən pambıq emalı müəssisələrinin rəhbərləri, kəndli-fermer təsərrüfatlarının rəhbərləri və iri pay torpaq sahiblərinin nümayəndələri iştirak etdi.
     Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarov açaraq bildirdi ki, rayon ərazisində pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların  pambıq əkininə maraqlarını xeyli artırmışdır. Yaradılan bu şərait pambıqçılığın geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaqdır.
     Tədbirdə rayon üzrə pambıqçılıq Qərargahının sədri İ.N.Quliyev, pambıq istehsalı və emalı müəssisələrinin rəhbərləri Ç.Ə.Gözəlov, Y.M.Hüseynov, Q.S.Mirzəyev və rayon Suvarma Sistemləri idarəsinin müdiri T.Ə.Rzayev çıxış edərək pambıq məhsulu yığımı üçün hazırlıq işlərinin tamamlandığını və istehsalçılar üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirdilər.

Keçidlər