Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır

13 sentyabr 2018 | 16:00

Növbəti səyyar qəbul sentyabrın 13-də rayonun  Nərimanov kəndində  keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov,  hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və   kənd sakinləri iştirak edib.
Kənd sakinləri ilə görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Siraqəddin Cabbarov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.Sonra Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin müraciətlərini dinləmiş və  müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Keçidlər