Rayon İcra Hakimiyyəti başçısının rayonun Varxan kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir
05 oktyabr 2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Varxan kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.
Tədbirdə kənd sakinlərindən Mikayılov Tahir, Sərvərov Ənvər, Seydulov Əfrayıl və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.
Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.