Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir

28 oktyabr 2012 | 15:00

Prezident İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir. Körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən ötən ilin iyulunda başlanılmışdır. Qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulmuşdur. Körpünün uzunluğu 238,8 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilmişdir. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilmişdir..
 

Keçidlər