Saatlı rayonu Qaracalar kəndində “Yem emalı məntəqəsi” layihəsinin açılış tədbiri keçirildi.
25 oktyabr 2018 | 16:00
25 oktyabr 2018-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində Şərq-Qərb İdarəetmə İnistutu tərəfindən Azərbaycanda Sosial-iqtisadi İnkişaf fəaliyyəti (SEDA) proqramı çərçivəsində “Yem emalı məntəqəsi” layihəsinin açılış tədbiri keçirildi. Tədbirdə ABŞ səfirinin nümayəndəsi Qreq Gelman, SEDA-nın Aran Regionu üzrə direktoru cənab Əhməd Məmmədzadə, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Natiq Həsənov, ŞQİİ-un ölkə üzrə direktoru Əhməd Şirinov iştirak etdi.