Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon məktəblilərinin “Zəhra faciəsi-başlamadan bitən ömür” devizi altında Füzuli rayonu, Alxanlı qəsəbəsinə səfəri təşkil olundu.

20 noyabr 2018 | 16:00

   20 noyabr 2018- ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə”Uşaq hüquqları aylığı” çərçivəsində Saatlı rayon məktəblilərinin “Zəhra faciəsi-başlamadan bitən ömür” devizi altında erməni qəsbkarları tərəfindən qətlə yetirilən Zəhra Quliyevanın məzarını və ailəsini ziyarət etmək məqsədi ilə Füzuli rayonu, Alxanlı qəsəbəsinə səfəri təşkil olundu.
       Səfər çərçivəsində Saatlı rayonu, İ.Əliyev adına Hacıqasımlı kənd tam orta məktəbi ilə Füzuli rayonu, Alxanlı kənd tam orta məktəblərinin şagirdləri arasında Bilik fondunun “Qardaşlaşmış məktəblər” layihəsi əsasında müqavilə imzalandı.
       Füzuli rayonu, Alxanlı qəsəbəsinə səfərdə, Azərbaycan Respublikası Bilik Fondunun mətbuat katibi  Ceyhun Musayev, Fondun Aran bölgələri üzrə aparıcı məsləhətçisi Elvin Hətəmov , Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi və Bilik Fondunun Saatlı rayon üzrə nümayəndəsi Mehriban Ağayeva, Saatlı rayon Təhsil şöbəsinin nümayəndəsi Xalid Nəciyev və rayon məktəbliləri ilə birgə ümumilikdə 22 nəfər iştirak etdi.

Keçidlər