Saatlıda 2018-ci ilin yekunları müzakirə olundu
13 fevral 2019-cu il tarixdə saat 11:00-da Saatlı rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti başçısının Saatlı rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov, Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Əlibaba ƏIiyev, rayonun idarə, müəssisə və təşkilatları, icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, rayon ziyalıları və gənclər olmaqla 300 nəfər iştirak etmişdir. Tədbirdə geniş hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlı rayonunda 2018-ci ildə görülən işlərdən və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq iştirakçılarına məlumat verdi.