Məzrəli kəndində səyyar qəbul keçirilib
Mayın 3 də Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Məzrəli kəndində səyyar qəbul keçirmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.
Tədbirdə Siraqəddin Cabbarov ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı quruculuq və abadlıq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir. Qeyd etmişdir ki pambıqçılıq və baramaçılıq sahələrində irəliləyişə nail olmaq üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməlidir.
Rayon İcra Hakimiyyətinin başçısı yekunda aidiyyatı qurumların rəhbərlərinə tapşırıq vermişdir.