Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak etmişdir.

28 oktyabr 2012 | 15:00

Prezident İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak etmişdir.

Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda inşa olunan Şahmat Məktəbidir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmışdır.
Şahmat Məktəbi Azərbaycan Prezidentinin 2011-ci il 11 may tarixli Sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunmuşdur. Saatlı şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda inşa olunan Şahmat Məktəbinin tikintisinə ötən ilin sentyabrında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 521 kvadratmetrdir. Binanın birinci mərtəbəsindəki foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin nümayəndələri və Saatlı rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə, iki sinif otağı, direktor otağı, konfrans zalı, qarderob yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı zalı, müəllimlər və hakimlər otağı vardır. Yarış otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər. Burada sensor monitorlar vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və dərs proqramlarını öyrənmək mümkündür.
 

Keçidlər