Kamallı kəndində səyyar qəbul keçirildi.
06 may 2019 | 16:00
6 may 2019-cu il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Kamallı kənd ümumi orta məktəbində kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Qəbulda 80 nəfər kənd sakini, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Kənd sakinlərindən 6 nəfərinin müraciəti qeydə alınmış, 1 nəfər isə rayonda görülən işlərlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Qaldırılan məsələlərlə bağlı RİH başçısı tərəfindən RİHB-nın müavin və şöbə müdirlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmiş, səyyar qəbulda qaldırılmış məsələlər icraata götürülmüşdür.