Dədə Qorqud kəndində səyyar qəbul keçirilib
Iyunun 11-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Dədə Qorqud kənd sakinləri ilə görüş keçirmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahəsi ilə əlaqədar olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon rəhbəri tədbir iştirakçılarını salamlamış, dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, aqrar sahədə, o cümlədən pambıqçılıqda qazanılmış uğurlardan danışmışdır. Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.