Saatlı rayon İcra Hakimiyyətinin başçısı Əhmədbəyli kəndində növbəti səyyar qəbul-görüşü keçirib
Iyunun 04-də Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Əhmədbəyli kəndində səyyar qəbul keçirmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.
Tədbirdə Nazim İsmayılov ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı quruculuq və abadlıq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir. Qeyd etmişdir ki pambıqçılıq və baramaçılıq sahələrində irəliləyişə nail olmaq üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməlidir.
Rayon İcra Hakimiyyətinin başçısı yekunda aidiyyatı qurumların rəhbərlərinə tapşırıq vermişdir.