Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Günəşli kəndində səyyar qəbul-görüş keçirildi

18 iyun 2019 | 16:00

18 iyun 2019-cu il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Günəşli kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri  və kənd sakinləri iştirak etmişdir.
    Rayon İcra Hakimiyyətinin başçısı N.M.İsmayılov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər  barədə kənd sakinlərinə məlumat verdi. Problemlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi. Bir sıra məsələlər isə yerində həll olundu.
   Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər