Şriftin ölçüsü :

Saytın rəngi :

Mollavazlı kəndində “Su təchizatının yenidən qurulması” layihəsinin açılış tədbiri təşkil olundu.

27 avqust 2019 | 16:00

27 avqust 2019-cu il tarixdə Saatlı rayonu Mollavazlı kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə “Su təchizatının yenidən qurulması” layihəsinin açılış tədbiri təşkil olunmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları Kimino OHATA, Gülşən Ağayeva və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdə Saatlı rayon İcra Hakimiyyəti başçısı cənab Nazim İsmayılov və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək Mollavazlı kəndində açılışı həyata keçirilən stansiyanın səfirliyin maliyyə dəstəyi ilə rayonda quraşdırılan sayca 3-cü “Su motor stansiyasının qurulması” layihəsi olduğunu, “Davamlı inkişafa doğru” İctimai Birliyi tərəfindən inşa edilmiş və rayonun 3 kəndinin (Mollavazlı, Bəylər və Əlisoltanlı kəndləri) əkin sahələrinin suvarma suyu ilə təminatına xidmət edəcəyini kənd sakinlərinin diqqətinə çatdırmışlar.

Keçidlər