Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı şəhərində növbəti səyyar görüş-qəbul keçirilib

12 noyabr 2019 | 16:00

Görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak edib. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov sakinləri salamlayıb və dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırıb.

İcra Başçısı bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib.

Keçidlər