Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi taniyaq” tur-aksiyası çərçivəsində yolasalma mərasimi keçirildi.

18 noyabr 2019 | 16:00

18 noyabr 2019-cu il tarixdə “Ölkəmizi  taniyaq” tur-aksiyası çərçivəsində  Saatlı rayon məktəblilərinin cənub bölgəsi olan Masallı, Lənkəran və Astara rayonlarına yolasalma mərasimi keçirildi.
Tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb və daha sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayon İcra Hakimiyyəti başçısı cənab Nazim İsmayılovun çıxışı ilə davam etdirildi.Rayon rəhbəri tur-aksiyanın ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyat keçirilən əhəmiyyətli bir layihə olduğunu bildirərək, bu tur-aksiya layihəsi əsasında məktəblilər arasında əlaqələrin genişləndiyini, onların dünya görüşlərinin formalaşdığını, tarixi-memarlıq abidələrinin əyani şəkildə görmək və tanımaq kimi geniş imkanların yaradıldığını qeyd etdi.Sonda vətənpərvərlik mövzusunda ifa olunan musiqi nömrələri ilə məktəblilər qeyd olunan bölgələr üzrə yola salındı.

Keçidlər