Saatlı rayonunda 50 mindən çox ağac əkildi
06 dekabr 2019 | 16:00
06 dekabr 2019-cu il tarixdə şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ağacəkmə kampaniyası çərçivəsində Saatlı rayonunda 50 mindən çox ağac əkildi.
Sözügedən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərindən, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən, bələdiyyə və ictimaiyyət nümayəndələrindən, ümumilikdə 15000 nəfər iştirak etdi.