Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə yardım paylarının verilməsi istiqamətində tədbirlər davam etdirilir

22 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Saatlı Rayon İcra Hakimiyyəti  “Biz birlikdə güclüyük!” adlı xeyriyyə aksiyasını davam etdirir.
Xüsusi karantin rejimi müddətində rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır.
Özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən xeyriyyə aksiyası sakinlər tərəfindən razılıq hissi ilə qarşılanmaqla bu nəcib təşəbbüsə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Keçidlər