Könüllülük gənclərimizin həyat tərzinə çevrilmişdir!
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2019-cu il tarixli sərəncamına əsasən 2020-ci il ölkəmizdə “Könüllülər ili”elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
Ölkə prezidenti cənab İlham Əliyevin gənclərə, xüsusən gənc könüllülərə böyük inam və etimadının nümunəsidir ki, bu gün ölkəmizdə bütün idarə, müəssisə və təşkilatlarda könüllü gənclər fəaliyyət göstərir.Saatlı rayonunda da könüllü fəaliyyət göstərən yüzlərlə gəncimiz vardır.
2019-cü ilin mart ayından etibarən Saatlı rayon İcra Hakimiyyətində də gənclərimiz könüllü fəaliyyətə cəlb olunur.Cəlb olunan könüllü gənclər rayonda görülən ictimai işlərdə, keçirilən təbdirlərdə, aksiyalarda fəallıq göstərirlər.Eyni zamanda pandemiya ilə əlaqədar karantin rejimi elan olunan müddətdə könüllü gənclər “Biz birlikdə güclüyük”,“Evdə qal” aksiyalarına qoşularaq kimsəsiz, tənha şəxslərə, əlillərə, şəhid və aztəminatlı ailələrə dövlət tərəfindən verilən ərzaq yardımlarının paylanmasında fəal iştirak etmiş, 65 yaşdan yuxarı şəxslərin ərzaq məhsulları,dərman vasitələri və kommunal ödənişlərinin ödənilməsinə lazımi köməkliklər göstərmişlər.Könüllü gənclərimiz pandemiya dövründə əhalinin maarifləndirilməsi məqsədilə gigiyenik qaydalara düzgün əməl edilməsi üçün prospekt və küçələrə, yaşayış binalarının girişlərinə təlimatlar asmışlar.
Könüllü gənclərimizin həmçinin 18 iyun 2020-ci il tarixdə “Könüllü donor” devizi altında talassemiyalı xəstələrə dəstək məqsədilə keçiriləcək qanvermə aksiyasında da iştirak edəcəklər.
2020-ci ilin “könüllülər ili “elan edilməsi könüllü gəncləri daha da ruhlandırmışdır.Rayonda fəallıq göstərən gənc könüllülərimizin işlə təmin edilməsi, onların fərqlənmə sertifikatları ilə təltif edilməsi digər könüllü gəncləri görülən işlərdə daha məsuliyyətli və daha fəal olmağa səfərbər etmişdir. Könüllülük ili gənclər siyasətinə yeni nəfəs gətirməkdədir.Bu bizim əslində bərpa olunan qədim, tarixi ənələlərimizdir.Gənclərimiz artıq bu fəaliyyəti özləri üçün mənəvi borc hesab etməklə,vətəni, dövləti, xalqı qarşısında əvəzsiz könüllü xidmət göstərir.Bu bizim milli ənənəmizdir bu gün də var, sabah da var olacaqdır.