Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı İcra Hakimiyyəti vətəndaşın şikayətinə aydınlıq gətirib

15 may 2020 | 16:00

“Kompromat TV”nin “YouTube” səhifəsində 13 may 2020-ci il tarixdə “ŞOK SÖZLƏR: Qarabağ qazisinin evi bu vəziyyətdə olmamalıdır - Bu ölkənin QAZİyə qoyduğu hörmət belədir”, eyni səhifədə 14 may 2020-ci il tarixdə paylaşılmış “Mənim haqqımı yeyən İCRA başçısı cəzalandırılsın, İlham Əliyev-Vətəndaş ölkə rəhbərliyinə səsləndi” başlıqlı videogörüntülər araşdırılılıb".

Bu sözlər Saatlı rayon İcra Hakimiyyətindən Reyting.az-a daxil olan rəsmi məktubda bildirilib.

Qeyd olunub ki, araşdırma zamanı videoların Saatlı şəhəri Q.Qarayev küçəsi, bina 12, mənzil 3-də çəkildiyi, eyni zamanda, yaşayış şəraiti barədə məlumat verən şəxsin isə Əliyeva Raisə Əhməd qızı olduğu məlum olub:

"Bildirək ki, vətəndaş Əliyeva Raisə Əhməd qızı 1980-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1987-ci il təvəllüdlü, Saatlı şəhər sakini Əliyev Əlifağa Fizuli oğlu ilə ailə həyatı qurmuş (hazırda ayrı yaşayırlar) və ailənin 2 övladı var. Onun yaşadığı mənzil – qayınatası, 1964-cü il təvəllüdlü, müharibə veteranı Əliyev Fizuli Əlif oğluna məxsusdur.

R.Əliyeva yaşadığı mənzilin təmirinə köməklik göstərilməsi ilə bağlı heç vaxt rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Son günlər R.Əliyevanın etdiyi müraciət əsasında ona izah olunmuşdur ki, yaşadığı mənzil qayınatasının şəxsi əmlakıdır və ayrı-ayrı vətəndaşların şəxsi mənzillərinin təmiri üçün rayon İcra Hakimiyyətində vəsait nəzərdə tutulmamışdır.

Vətəndaş R.Əliyevanın əvvəlki vaxtlarda imkansız və xəstə olması ilə bağlı müraciəti əsasında ona rayon İcra Hakimiyyətinin imkanları daxilində 2 ilə yaxın müddətə ona aylıq 100 (bir yüz) manat maddi yardım edilmiş, 2018-ci ildə R.Əliyevanın qaynatası F.Əliyevin müraciəti əsasında həmin mənzilin təmiri üçün ailəyə 500-600 manat həcmində tikinti və təmir avadanlığı ilə köməklik göstərilmişdir. R.Əliyevaya ailə vəziyyəti ilə əlaqədar 02 avqust 2019-cu il tarixdən 2 il müddətinə aylıq 170 manat ünvanlı sosial yardım təyin edildikdən sonra ona RİH-nın imkanları daxilində verilən həmin aylıq maddi yardım dayandırılmışdır. O, xəstəliyi ilə bağlı rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadır və güzəştli xəstələr üçün nəzərdə tutulan dərmanlar ona da verilir. Xüsusi karantin rejimi dövründə R.Əliyevaya Heydər Əliyev Fondu və rayonun müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı vaxtlarda, ümumilikdə 5 dəfə ərzaq yardımı olunmuş, dərmanlarının alınması üçün imkan daxilində nağd pul yardımı verilmişdir.

R.Əliyevanın sözügedən videoda onun müraciətlərinə baxılmadığı, ailəsinə və özünə heç bir köməklik göstərilmədiyi barədə rayonun rəhbər vəzifəli şəxslər haqqında səsləndirdiyi bütün iddia və fikirləri tamamilə əsassızdır"

Keçidlər