Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı İcra Hakimiyyətindən şikayətçinin iddialarına cavab verildi

19 may 2020 | 16:00

"“Kanal13”ün “YouTube” sosial şəbəkəsindəki səhifəsində 17 may 2020-ci il tarixdə “FƏRYAD: 650 manat ancaq APTEKƏ borcum var! Uşaq xəstədir, HARDAN ALIM, NECƏ EDİM?” - SAATLIDAN ŞİKAYƏT” başlıqlı yazıda iddia olunanlarla bağlı müvafiq araşdırma aparılıb".

Bu, Saatlı Rayon İcra Hkaimiyyətindən Reyting.az-a verilə məlumatda yer alıb.

Məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, videoda sosial problemlərini bildirən vətəndaş rayonun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Vəliquliyeva Cəmilə Vaqif qızıdır:

"O, özünə məxsus olan evdə 2005-ci il təvəllüdlü Vəliquliyeva Günay Mürşüd qızı ilə birlikdə yaşayır.

Birmənalı olaraq bəyan edirik kk, C.Vəliquliyevanın rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlərinə həsasslıqla yanaşılmış, fərdi qəbul edilmiş, ona dəfələrlə ərzaq yardımı və nağd pul yardımları olunmuş, yaşadığı evə təbii qaz çəkilişinə və rüsumunun ödənilməsinə, rayon Mərkəzi xəstəxanasında işlə təminatına köməklik göstərilmişdir.

Sonuncu dəfə 2020-ci ilin mart ayında rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə onun "Kapital Bank"ın rayon filialında olan şəxsi hesabına 200 manat pul köçürülmüşdür. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən də xüsusi karantin rejimi dövründə ailəyə ərzaq yardımı təqdim olunmuşdur.

C.Vəliquliyeva rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində xadimə işləməklə, aylıq 271 manat əmək haqqı alır. Himayəsində əlil övladı olması ilə bağlı vaxtaşırı olaraq rayon xəstəxanası tərəfindən ona dərmanlarının alınmasında zəruri yardımlar olunur.

Cari ilin aprel ayında RMX-nın Həmkarlar təşkilatı tərəfindən ona 50 manat nağd pul yardımı edilmiş, mart ayı üçün pandemiya dövründə əmək haqqına müddətli əlavə 143 manat ödənilmişdir. Qızı G.Vəliquliyeva üçün 2020-ci ilin yanvar ayınadək əlillik pensiyası almış, təkrar müayinə vaxtı çatdığı üçün həmin pensiyanın ödənilməsi dayandırılmışdır. Lakin ölkə ərazisində karantin rejminin tətbiqi ilə əlaqədar onun əlilliyi barədə elektron sistemə müraciət mümkün olmamışdır. Ona təkrar əlillik pensiyası təyin olunması məsələsinə baxılması üçün DSMF-nun rayon şöbəsi tərəfindən müvafiq dövlət qurumlarına müraciət edilmişdir.

C.Vəliquliyevanın qızı G.Vəliquliyeva nevroloji xəstəliyi ilə bağlı rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadır və güzəştli xəstələr üçün nəzərdə tutulan dərmanlar ona da verilir.

C.Vəliquliyevanın sözügedən videoda onun müraciətlərinə baxılmadığı, ailəsinə və özünə heç bir köməklik göstərilmədiyi barədə rayonun rəhbər vəzifəli şəxslər haqqında səsləndirdiyi bütün iddia və fikirləri tamamilə əsassızdır, onun həqiqətdən uzaq olan subyektiv fikirləridir".

Keçidlər