Şriftin ölçüsü :

Saytın rəngi :

“Kölgədən işığa doğru aparan uğurlu islahatlar yolu”

23 may 2020 | 16:00

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması  ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə imza atmışdır. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Aqrar sahəyə xüsusi diqqət və qayğı göstərilməsi, aqrar rayon olan Saatlı rayonu üçün də geniş imkanlar yaratmış oldu.Sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyin nəticəsi olaraq rayonumuz bəzi kənd təsərrüfatı məhsullarının istehsalı həcminə görə artıq respublika üzrə birinci sıralarda qərarlaşır. 2020-ci ilin I rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda  ümumi məhsul buraxılışının həcmi 0,7 faiz, kənd təsərrüfatı üzrə 5,2 faiz artmışdır.
2020-ci ilin I rübündə Saatlı rayonunun yerli büdcəsinin  gəlir hissəsinə 1milyon 690 min manat proqnoza qarşı 1milyon 834 min  manat və ya 108,5 faiz əməl edilmişdir.  
Pandemiya ilə əlaqədar dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisara yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılması istiqamətində məqsədyönlü işlər aparıldı.Saatlı rayonunda da 2020-ci ilin I rübündə168 yeni daimi iş yeri açılmışdır. İşsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata alınmış rayon vətəndaşlarına isə dövlət tərəfindən təyin edilən 190 manat birdəfəlik yardım edilmişdir.Pandemiya ilə əlaqədar xırda və orta sahibkarlara da dövlət tərəfindən dəstək göstərilmişdir.
Hazırda ölkə ərazisində iqtisadiyyatın dinamik inkişafının davam etdirilməsi məqsədilə “kölgə iqtisadiyyatının” aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev vergi orqanları qarşısında "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və dövlətə çatası vergilərin tam həcmdə büdcəyə səfərbər olunması kimi mühüm tapşırıqlar qoyub. Əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar.
Ölkə başçısının qeyd etdiyi kimi “burda təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil.Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...” Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətinin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcəkdir.

Keçidlər