Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon İcra Hakimiyyəti və aidiyyatı təşkilatların nümayəndələrindən ibarət Monitorinq qrupu tərəfindən reydlər keçirilmişdir.

09 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasını insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarının tələblərinə ciddi əməl olunmasına nəzarət məqsədilə 09 iyun 2020-ci il tarixdə  rayon İcra Hakimiyyəti və aidiyyatı təşkilatların nümayəndələrindən ibarət Monitorinq qrupu tərəfindən rayonda yerləşən idarə, müəssisə və təşkilatlarında reydlər keçirilmiş ,tibbi maskalardan istifadə olunması və insanlar arasında məsafə saxlanılması kimi qaydalara əməl olunması yoxlanılmışdır. Reydlər zamanı mövcud qərarın tələbləri pozan neqativ hallar müşahidə olunmamışdır. Buna baxmayaraq bütün qurumların rəhbərləri və əməkdaşları ilə pandemiya dövründə qəbul edilən qanun və qərarların tələblarinə əməl olunmasına dair izahat xarakterli söhbətlər aparılmışdır.

Keçidlər