Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin noyabr ayının 5-dən 11-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Saatlı Rayonunda da bələdiyyələr tərəfindən tədbirlər həyata keçirilmişdir.

14 noyabr 2012 | 16:00

Seçicilərin tapşırıqlarının yerinə yetirilməsi, bələdiyyənin bilavasitə insan hüquqlarına aid olan sənəd və materialları ilə hər bir vətəndaşın tanış olmaq, habelə bələdiyyənin fəaliyyəti haqqında tam məlumat almaq imkanının təmin edilməsi, onların müraciətlərinə baxılması, 2012-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2013-cü ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlər keçirilmişdir.
bələdiyyədə “açıq qapı” günlərinin elan edilməsi və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun təşkil olunması, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsinin elan olunması , “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması təmin edilmişdir.
 

Keçidlər