Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Gənclər günü

02 fevral 2013 | 16:00

Saatlı rayon Gənclər Mərkəzində «Gənclər günü» ilə bağlı 01 fevral 2013-cü il tarixdə saat 1100-da tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri düzdülər, rayonun Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyəti ilə yaxından tanış oldular və daha sonra Gənclər Mərkəzin kafesində şirniyyat süfrəsi arxasında musiqili-əyləncəli proqram ilə tədbirə davam etdilər.
Tədbir zamanı müxtəlif yarış və müsabiqələrdə yüksək nəticələr qazanmış gənclər rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olundu.
Tədbirdə idmançılar, il ərzində keçirilmiş müxtəlif yarış və müsabiqələrdə fəallıq göstərmiş istedadlı məktəb şagirdləri, rayonun bütün yaşayış məntəqələrindən, əmək kollektivlərindən dəvət olunmuş gənclər iştirak edirdilər.
 

Keçidlər