Saatlı rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən videokonfransda koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində verilən tapşırıqların yerinə yetirilməsi, koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri, Hüquq-Mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşlarından ibarət 44 mobil qrup rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə reydlər keçirilmişdir.
Reyd zamanı ticarət və ictimai iaşə obyektlərinin sahibləri, xidmətdən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılmış, obyektlərin giriş hissəsində dezinfeksiyaedici maddələrlə obyektə daxil olan insanların əllərinin dezinfeksiya olunması, maskasız daxil olan insanlara maskaların verilməsinin təşkil edilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətdən istifadə edənlərin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən istifadə etmələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinin texniki vasitələrlə mütamadi səsləndirilib, alıcıların nəzərinə çatdırılması barədə tövsiyələr verilmişdir.