Şriftin ölçüsü :

Saytın rəngi :

Konfrans keçirilmişdir.

08 fevral 2013 | 16:00

7 fevral 2013-cü il tarixdə saat 1030-da Saatlı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında «Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğalı» və «Xocalı qətliamının hərbi cinayət kimi qəbul edilməsi» ilə bağlı Ağ evin Barak Obama Admintrasiyasına yerləşdirilmiş müraciətlərdə rayon ictimaiyyətinin fəal iştirakı məqsədilə yığıncaq keçirilmişdir. Yığıncaqda 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan olunması, ölkə rəhbərliyi tərəfindən bu sahəyə verilən diqqət və əldə olunmuş naliyyətlər barədə müzakirələr edilmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yığıncağa rayonun şəhər və kənd yaşayış məntəqələrindən fəal gənclər, rayonda fəaliyyət göstərən internet-klubların rəhbərləri, ümumtəhsil məktəblərinin riyaziyyat-informatika müəllimləri dəvət olunmuşlar. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Anar Ağakişiyev, rayon Gənclər və idman idarəsinin rəisi Elçin Qiyasov, Heydər Əliyev Mərkəzinin direktoru Əzizağa Quliyev və digərləri çıxış edərək müzakirə olunan mövzu ətrafında geniş məlumatlar vermişlər. Bundan əlavə «Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğalı» və «Xocalı qətliamının hərbi cinayət kimi qəbul edilməsi» ilə bağlı Ağ evin Barak Obama Admintrasiyasına yerləşdirilmiş müraciətlərə səs verilməsi qaydaları izah olunmuş, bununla bağlı hazırlanmış video çarxla tanış olmuşlar. Tədbirin sonunda izləyicilərə səsvermənin daha aydın şəkildə izah olunması məqsədilə rayon Gənclər Mrkəzinin kompüter zalında praktiki olaraq səsvermə keçirilmiş və bu prossesin tələb olunan sayın toplanmasına qədər davam etdirilməsi bildirilmişdir.

 

 

Keçidlər