31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Saatlı rayonunda anım tədbiri keçirildi
31 mart 2024 | 15:05
31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Saatlı rayonunda anım tədbiri keçirilib.
Anım tədbirində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
31 Mart- Azərbaycanlıların Soyqırımının ildönümü tədbirinin iştirakçıları Saatlı şəhər mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə-Xatirə Kompleksini ziyarət edib və önünə gül dəstələri düzmüş, Soyqırım qurbanlarının və ərazi bütövlüyümüz uğrunda həlak olmuş həmvətənlilərimizin ruhuna dualar oxunmuşdur.