Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda növbəti reyd keçirildi.

14 dekabr 2020 | 16:00

14 dekabr 2020-ci il tarixdə rayonun mobil qrupları tərəfindən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Saatlı şəhərində və rayonun müxtəlif ərazilərində reydlər keçirilmişdir. Reydlər zamanı şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə maarifləndirici söhbətlər aparılmış, təbliğat-izahat işləri gücləndirilmişdir. Eyni zamanı vətəndaşlara metodiki göstərişlər verilmiş, həmçinin nəzərlərinə çatdırılmışdır ki,  müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl edilməsi, tibbi-mühafizə vasitələrindən, tibbi maskalardan və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi mütləq vacibdir.

 

Keçidlər