Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar-Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür”

19 yanvar 2021 | 16:00

19 yanvar 2021-ci il tarixdə saat 11:00-da Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Konfransda rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov, rayonun Fətəlikənd tam orta məktəbinin tarix müəllimi Fəridə Mədətzadə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Ağayeva, rayon İcra Hakimiyyətinin könüllü gənci Orxan Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, rayon Təhsil şöbəsinin müdiri Günay Sultanova, rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev çıxış etdilər. Çıxışlarda tariximizə, qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar hadisələrindən geniş şəkildə danışıldı. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qüvvələrinin dinc, əliyalın insanlara qarşı həyata keçirdiyi qətliamın qurbanı olmuş insanlar arasında uşaqların, məktəblilərin olması bu hadisəni tarixi faciəyə çevirdi. Bununla xalqın gözünü qorxutmağa, mübarizə əzmini qırmağa çalışan qüvvələr əslində çox gec anladılar ki, biz mübariz xalq olaraq, vətən uğrunda canımızı qurban verməkdən nəinki qorxacağıq, hətta SSRİ kimi böyük bir imperiyanı süquta apararaq ədəbi və əzəli bir müstəqillik qazanacağıq. Bu tarix bizim zərəf tariximiz, bu tarix bizim igid oğul və qızlarımızın istiqlaliyyət, azadlıq uğrunda mübarizə tarixidir. 20 Yanvar hadisəsi Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür.

 

 

 

 

 

 

Keçidlər