Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı tədbir keçirildi.

25 fevral 2021 | 16:00

Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 fevral 2021-ci il tarixdə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı karantin rejiminin tələbləri nəzərə alınmaqla onlayn qaydada tədbir keçirildi.
Təbdir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov hər il tədbirlər planına uyğun olaraq Xocalı faciəsinə həsr  olunmuş anım tədbirlərinin keçirildiyini bildirdi. Xocalı faciəsi ilə bağlı rayonun Fətəlikənd tam orta məktəbinin tarix müəllimi Fəridə Mədətzadə məlumat verərək xalqımıza qarşı törədilən bu qətliamda Xocalı sakinlərinə amansız işgəncələr verildiyini, 613 nəfə dinc sakinin qətlə yetrildiyini, 487 nəfərin yaralandığını, 1275 nəfər sakinin əsir götürüldüyünü qeyd etdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Ağayeva, rayon İcra Hakimiyyətində könüllü  kimi fəaliyyət göstərən Orxan Məmmədov, rayonun Varxan kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov, rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev çıxış edərək bildirdilər ki, körpə uşaqlara, qadınlara, ahıl yaşlı insanlara qarşı törədilən bu qətliam çağdaş dövrümüzün ən dəhşətli faciəsidir. Tədbirdə xalqın illərdir çəkən niskilinə cənab ali baş komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü, xalqımızın birliyi nəticəsində son qoyuluğu, 44 günlük Vətən müharibəsi nəticəsində Xocalının qisası alındığı qeyd olundu.

 

Keçidlər