Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov gənc rəssamla görüş keçirmişdir

03 iyun 2021 | 16:00

Türkmənistan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Türkmənistanın və xarici ölkələrin gənc incəsənət nümayəndələrinin iştirak etdiyi “Xoşbəxt uşaqlıq” adlı uşaqların beynəlxalq rəsm müsabiqəsi keçirilmişdir.2 yaş qrupu üzrə keçirilən və 15 fərqli dövlətdən 1700 müəllifin iştirak etdiyi müsabiqədə Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin "Gənc rəssam" dərnəyinin üzvü Cavadova Günel Rövşən qızı 12-16 yaş kateqoriyasında olan iştirakçılar arasında 1-ci yerə layiq görülmüşdür.Bu münasibətlə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə gənc rəssamla görüş keçirmiş, onu fəxri fərman və qiymətli hədiyyə ilə təltif etmişlər.

Keçidlər