Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Yem Emalı Məntəqəsinin Tikintisi” layihəsinin rəsmi açılış tədbiri olmuşdur

17 avqust 2021 | 16:00

17 avqust 2021-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə SEDA proqramı çərçivəsində Saatlı rayonunun Hacıqasımlı kəndində həyat keçirilən “Yem Emalı Məntəqəsinin Tikintisi” layihəsinin  rəsmi açılış tədbiri olmuşdur. Açılış tədbirində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölməsinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər tərəfdaşlar iştirak etmişdir.
SEDA-nın regional direktoru Əhməd Məmmədzadə “Yem Emalı Məntəqəsinin Tikintisi” layihəsinin USAİD və Azərbaycan Hökumətinin birgə maliyyə dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə yerinə yetirildiyini, bu layihənin icrasından Hacıqasımlı icmasında və qonşu 4 icmada yaşayan təxminən 928 ailə olmaqla, 5 min nəfərdən artıq vətəndaşın faydalanacağını qeyd etmişdir. İqtisadiyyat Nazirliyi Aran Regional bölməsinin nümayəndəsi Ziyafər İsmayılov isə icmanın ümumi mülkiyyətində olan əkinə yararlı torpaq sahəsində müxtəlif yem bitkiləri, tərəvəz, dənli bitkilər becərilir ki, ərazidə maldarlıq, quşçuluq və toxumçuluğun inkişafı üçün yem emalı məntəqsəinin də mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Bu məntəqənin fəaliyyəti Saatlı rayonunun fermerlərinin, fərdi təsərrüfat rəhbərlərinin şəxsi gəlirlərinin artımına, təsərrüfatlarının daha da genişləndirilməsinə geniş imkanlar yaradacaqdır.
USAİD-in nümayəndəsi xanım Dulse Canis Mak Qvayer Amerika Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyini, yeni yaradılan yem emalı müəssisi kimi, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində digər infrastruktur layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Tədbirdə çıxış edən  Saatlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Həsənov, Hacıqasımlı-Kamallı bələdiyyəsinin sədri Amil Teymurov, Hacıqasımlı İcma İnkişaf Şurasının üzvü Mahmud Nəsirov yeni yem emalı müəssisənin  yaradılması ilə bağlı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirərək, layihənin kənd sakinlərinin məşğulluqlarının təmininə, fərdi təsərrüfatlarının genişləndirilməsinə töhfə olduğunu bildirdilər.

Keçidlər