8 noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirildi
8 noyabr Zəfər Günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Saatlı rayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Millət vəkilləri Əhliman Əmiraslanov və Əziz Ələkbərli, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdi.
Tədbir I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin ziyarət edilməsi ilə başlandı. Sonra Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla Heydər Əliyev Meydanında davam etdirildi. Rayon ümumtəhsil məktəblilərinin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı fləşmobu təşkil olunaraq Azərbaycan və Türkiyənin qardaşlıq simvolu kimi hər iki dövlətin milli atributları olan dövlət bayraqları meydana gətirildi.
Daha sonra tədbir ədəbi–bədii hissə ilə davam etdirildi, vətənpərvərlik mövzularında şeirlər, musiqilər oxundu və Zəfər Günü ilə əlaqədar ağacəkmə kompaniyası keçirildi.