Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirildi

01 fevral 2022 | 16:00

   1 fevral 2022-ci il tarixdə Saatlı rayonunda “Azərbaycan Gənclər Günün”nün təsis edilməsinin 25 illiyi və “2 Fevral – Gənclər Günü” qeyd olunub.
Tədbirdə Saatlı RİH başçısı aparatının, YAP rayon təşkilatının, rayon Gənclər və idman idarəsinin, Saatlı Gənclər evi sosial xidmət müəssisəsinin, rayon Təhsil şöbəsinin və rayonun digər dövlət qurumlarının məsul əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri, gənc səhiyyə və mədəniyyət işçiləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsi veteranları iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan gəncliyinin ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyini, düşmənin doğma torpaqlarımızdan qovaraq tarixi missiyanın yerinə yetirildiyini bildirdi. Həmçinin o, müstəqilliyimizin ilk illərində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirilməsinin nəticəsi kimi Azərbaycan gəncliyinin 44 gün ərzində Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, əzmlə bütün döyüş mövqelərini keçdiyini, Ermənistan ordusunu məhv etməklə tarixi Zəfər qazandığını qeyd edərək, bu şanlı Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan və Vətənini sevən, xalqına, dövlətinə sədaqətlə xidmət etməyi bacaran on minlərlə hərbçi gəncimizin bəxş etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Saatlı şəhər mərkəzində ucaldılan heykəl abidəsini və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə şəhər mərkəzində inşa edilmiş abidə-xatirə kompleksini ziyarət edərək, şəhidlərimizi ehtiramla yad etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər.

Keçidlər