Saatlı rayonunun Mircəlal kəndində səyyar qəbul keçirilib
16 mart 2022-ci ildə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun Mircəlal kəndinin sakinləri ilə səyyar qəbul keçirmişdir. Qəbulda Saatlı rayon Polis şöbəsinin rəisi Azər Tağıyev, Saatlı rayon prokuroru Adil Vəliyev, RİHB aparatının məsul işçiləri, rayonun idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak edib.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış və bildirmişdir ki, əhali ilə keçirilən görüşlərin məqsədi kənd sakinləri üçün narahatçılıq yaradan məsələləri həll etməkdir. Daha sonra İcra başçısı ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlardan, Azərbaycanın nailiyyətlərinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən və ərazilərin azad olunmasından sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanılmasından danışmışdır.
Səyyar-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin sosial problemləri və müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir. Sonda vətəndaşlar, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Məlumat üçün bildiririk ki, Saatlı RİHB-nın səyyar qəbulu rayonun digər kəndlərində qrafikə uyğun keçiriləcəkdir.