Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Novruz bayramı”na həsr olunmuş tədbir keçirildi

19 mart 2022 | 16:00

19 mart 2022-ci il tarixində  Saatlı rayon Mədəniyyət Mərkəzində “Novruz bayramı”na həsr olunmuş tədbir keçirilmişdir. Foyedə təşkil olunmuş sərgi izlənildikdən sonra Mədəniyyət Mərkəzinin zalında bədii hissə tamaşaçılara təqdim olunmuşdur. İlk olaraq Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Saatlı rayon İcra Hakimiyyətinin başcısı  Elmir Bağırov tədbir iştirakçılarının timsalında bütün saatlıların “Novruz bayramı”nı təbrik etmişdir. Bahar qız, Kosa və Keçəlin çıxışından sonra bir-birindən maraqlı rəqslər, kompozisiyalar, şən mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. 44 günlük Vətən müharibəsində bizlərə Qələbə sevincini yaşadan igid oğullarımızdan söhbət açılmış, bayram konsertində iştirak edən şəhid övladları səhnəyə dəvət olunmuşlar. Şəhid övladlarına “Novruz xonçaları” təqdim olunmuşdur.

Keçidlər