Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Saatlı rayonunda konsert təşkil olundu.
«Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda keçirilən konfransın rəsmi hissəsindən sonra 14 may 2014-cü il tarixdə saat 19.00-dan 21.00-dək Heydər Əliyev meydanında Gənclər və İdman Nazirliyi, habelə «Azad Azərbaycan» telekanalının birgə hazırladıqları geniş konsert proqramı olmuşdur. Konsertdə respublikanın xalq artisti Bilal Əliyev, əməkdar artistlər Könül Xasıyeva, Mətanət İsgəndərli, Təyyar Bayramov, tanınmış ifaçılardan Könül Kərimova, Sevda Yəhyayeva, Vasif Məhərrəmli, Fədayə Laçın, «Cahan» qrupu və başqaları çıxış etmişlər. Konsert proqramı atəşfəşanlıqla başa çatmışdır. Konsert proqramında 2 min nəfər əhali iştirak etmişdir.