Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Respublika günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

28 may 2014 | 15:00

Saatlı rayonunda 27 may 2014-cü il tarixdə saat 10:00 – da Respublika günü münasibətilə Ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatın nümayəndələri, gənclər, ağsaqqal ziyalılar, YAP fəalları iştirak etmişdir. Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs xatirəsini yad etmiş, abidəsi önünə tər gül – çiçək dəstələri düzmüşlər.
Saat 19:00 – da isə şəhər mərkəzində yerləşən İstirahət Parkında geniş konsert proqramı təşkil olunmuşdur. Konsert tədbirində rayonun bütün yaşayış məntəqələrindən 2 min nəfərdən çox əhali iştirak etmişdir.

Keçidlər